CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” FK oyunu üçün vauçerlər bu gün satışda olacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” FK matçını “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq.
Azarkeşlər üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb. Biletlərin qiyməti isə 28 AZN-dir.
Qeyd olunub ki, bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi gətirməlidir.
Xatırladaq ki, CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla isə 21:00-da başlayacaq.

Şərhlər