İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 54 nəqliyyat vasitəsi satılıb.

"AzPolitika" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Bunlardan 53-ü Daxili İşlər Nazirliyinə məxsus nəqliyyat vasitələri olub.

Məlumata görtə, nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti hərraclar 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.

Avqustun 4-də keçiriləcək hərraca start qiyməti 172 500 manat olan "Point Brower D" markalı gəmi də təklif olunur.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.