Ötən gecə Rusiya növbəti dəfə Kiyevə kütləvi raket və PUA hücumu həyata keçirib. Yenə mülki infrastruktur və yaşayış binaları zərər görüb. Əhali arasında ölən və yaralananlar var.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediasında və sosial şəbəkələrdə məlumat və çoxsaylı görüntülər yayımlanıb.
Telegram kanalları qeyd edir ki, Rusiya Kiyevə ballistik raketlər atıb. Qısa müddətdə Kiyevə və ətraf bölgəyə 30-a yaxın raket düşüb. Bunların arasında Şimali Koreyanın KN-23 ballistik raketləri, eləcə də “İskander-M” və “Sirkon” raketləri var.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, avqustun 5-i gecəsi Rusiya Kiyevə dron və ballistik raketlərdən istifadə edərək kütləvi hücumu təşkil ediblər. Nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb.
Xilasedicilər qeyd ediblər ki, "Obolon rayonunda bir ünvanda qeyri-yaşayış binasında yanğın baş verib. Bir nəfər ölüb, üç nəfər yaralanıb. Svyatoşinski rayonunda isə düşmənin atəşi nəticəsində mağazanın anbarında yanğın baş verib".
Qoloseyevski rayonunda iki birmərtəbəli qeyri-yaşayış binasında yanğın baş verib, yanğın söndürülüb. Dörd nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
"Sənaye zonasında kiçik ammonyak sızması baş verib. Xilasedicilər sızıntı yerini bağlayıblar. Xoşbəxtlikdən, əhali üçün heç bir təhlükə yoxdur", - deyə açıqlamada bildirilir.
Bu arada, Desnyanski rayonunda iki yaşayış binasında yanğın baş verib. Xilasedicilər və bütün müvafiq xidmətlər hadisə yerindədir.
Kiyev meri Vitali Kliçko daha sonra paytaxtın atəşə tutulması nəticəsində yaralananların sayının 24-ə çatdığını, onlardan 15-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. O, yaralılardan dördünün vəziyyətinin ağır olduğunu bildirib.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) August 4, 2026

Şərhlər