Ukrayna ordusunda yeni korrupsiya istintaqı başlanıb.

“AzPolitika” xəbər verir ki, hüquq-mühafizə orqanları Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş logistika komandirinə qarşı qanunsuz varlanma şübhəsi ilə bağlı rəsmi cinayət işi açıblar. 

Ukrayna mediasının yazdığına görə, istintaq müəyyən edib ki, vəzifəli şəxs (iş materiallarında polkovnik Andrey Ukrainets kimi təqdim olunur) qohumları ilə birlikdə son illərdə təxminən 1 milyon dollar dəyərində elit əmlaklar alıb. Bu əmlaklar polkovnikin yaxınlarının adlarına rəsmiləşdirilib.

2020-2025-ci illər arasında o, Bukoveldə bir mənzil, Kiyev, Vinnitsa və Jitomirdə altı mənzil, Jitomir bölgəsində altı torpaq sahəsi və dörd bahalı avtomobil, o cümlədən Audi Q7 və Audi Q5 əldə edib.

Əldə edilən aktivlərin dəyəri 1 milyon dollardan çox dəyərləndirilir. Qeyd olunur ki, bu şəxsin adı daha əvvəl Ukrayna aviasiyasıüçün strateji müdafiə strukturlarının tikintisi zamanı büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işində də keçib. İstintaq davam edir.

“AzPolitika.info”

Хто такий Андрій Українець: полковник, якого СБУ затримала на хабарі $320 тисяч прямо під час війни 5Хто такий Андрій Українець: полковник, якого СБУ затримала на хабарі $320 тисяч прямо під час війни 7Хто такий Андрій Українець: полковник, якого СБУ затримала на хабарі $320 тисяч прямо під час війни 9