Menu

MƏHƏRRƏMOVUN OĞLU GERİ ÇAĞIRILDI – Nağdəliyevin oğlu təyin olundu + FOTO

07.08.2026, 21:42
MƏHƏRRƏMOVUN OĞLU GERİ ÇAĞIRILDI – Nağdəliyevin oğlu təyin olundu + FOTO

Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2021-ci ilin iyulunda Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Nemət Nağdəliyev isə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin oğludur.

Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.

"AzPolitika.info"

Şərhlər

Roma 2026-08-08 13:34:42

"Abel və Anar Məhərrəmovlar Dövlətçiliyimizə, elmimizə, müstəqilliyimizə böyük töhvələr vermiş ictimai-siyasi xadimlərdir"... mənə elə gəlir bir çoxları bunu zarafat kimi qəbul edəcəklər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol