Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın iri onlayn ticarət platforması olan "Wildberries"in loqistika obyektlərinə təşkil etdiyi mütəmadi PUA zərbələri şirkətin fəaliyyətinə ciddi ziyan vurub.

"Vyorstka" nəşrinin apardığı araşdırmaya əsasən, xüsusilə hərbi və ikili təyinatlı məhsulların satışında 20 faizdən 40 faizədək kəskin azalma qeydə alınıb.

Təhlil olunan 6 əsas kateqoriya ("Zirehli geyimlər", "Kvadrokopterlər", "Kvadrokopter aksesuarları", "Silah aksesuarları", "Gecə görmə cihazları" və "Ov nişangahları") üzrə məlum olub ki, son 3 ay ərzində platformada 31,5 mindən çox hərbi təyinatlı mal yerləşdirilib və 1,5 milyard rubldan çox ticarət dövriyyəsi reallaşıb.

İyulun 18-dən 31-dək endirilən zərbələrdən sonra göstəricilər kəskin şəkildə düşüb:

Kvadrokopter aksesuarları sifarişlərin sayı 40%, real satılan malların həcmi isə 36% azalıb. Zirehli jiletlər və taktik geyimlərin yer aldığı bu bölmədə sifarişlər 24%, ödənişi edilib təhvil alınan mallar isə 40% geriləyib.

Xatırladaq ki, Ukrayna dronları iyulun 18-dən etibarən "Wildberries"in Ryazan vilayəti və digər bölgələrdəki əsas logistika mərkəzlərinə hücumlar təşkil edir. Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, şirkətin anbarlarından sanksiyalı hissələrin, PUA komponentlərinin və naviqasiya avadanlıqlarının daşınmasında istifadə olunur.

Hücumlar başladıqdan sonra "Wildberries" saytından "XHƏ üçün hər şey" (Vse dlya SVO) bölməsini yığışdırsa da, hərbi təyinatlı malların digər kateqoriyalar adı altında satışı hələ də davam edir.

Rasim

"AzPolitika.info"