"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.

Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.

"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.

Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.

Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Komandaların start heyətləri belə olub:

“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 27 Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepinitsa, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20 Coy-Lens Mikels, 99 Orfe Mbina

Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş

“Orhus”: 21 Kristiansen, 19 Kal, 25 Rösler, 26 Andersen, 11 Links, 10 Arnstad (k), 4 Knudsen, 16 Yönsson, 29 Karstensen, 28 Boqere, 31 Bek

Ehtiyat oyunçular: 1 Hansen, 42 Van der Raad, 7 Solbakken, 8 Yörgensen, 13 Serra, 14 Mölqaard, 20 Kristiansson, 23 Andersen, 27 Çamçe, 39 Emeri, 44 Kamara, 45 Storx