Dünən Danimarka çempionunu 4:0 hesabı ilə məğlub edən “Sabah” klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla, artıq UEFA-dan 9 milyona avroya yaxın (8,97 milyon) mükafat fondu əldə edib. Danimarka klubu üzərində qələbə "Sabah"a təxminən 5 milyon avro qazandırıb.
“AzPolitika” xəbər verir ki, komanda bu göstərici ilə keçən mövsüm Çempionlar Liqasında 36 milyon avro qazanmış “Qarabağ”dan hələlik 4 dəfə geri qalır. Lakin “Sabah”ın “Qarabağ”ın uğurlarını təkrarlaması, hətta daha artığına nail olması üçün vaxtı və şansı var.
“Sabah” pley-offda İsrailin "Hapoel" komandasına uduzsa və sonradan Avropa Liqasının əsas mərhələsində bir xal da qazana bilməsə belə, yenə də yuxarıda qeyd etdiyimiz 9 milyon avronu artıq təmin edib.
“Sabah” “Hapoel”i məğlub edərsə, onun minimum qazancı 20 milyon avroya qədər artacaq. Çempionlar Liqasının əsas mərhələsinə çıxdığı üçün klub 18,62 milyon avro alacaq. Üstəlik, digər bonuslar da əlavə olunmaqla, məbləğ 20 milyona çatacaq. Klub son 36-cı yerdə qərarlaşıb bir xal da qazana bilməsə, yenə əlavə 275.000 avro alacaq. Həmçinin, komanda yayım bazarı ilə bağlı ödənişlərdən ən azı 1,28 milyon avro qazanacaq. Ümid edək ki, komandamız pleyy-offu keçəcək və onun əsas mərhələdə tutduğu yer daha yüksək olacaq.
“AzPolitika.info”

Şərhlər