Vladimir Putinin Kuril adalarına səfəri Yaponiyanın rəsmi etirazı ilə qarşılanıb.
“AzPolitika” xəbər verir ki, Yaponiyanın Xarici işlər naziri Toşimitsu Moteqi Rusiya Prezidentinin Kuril adalarından biri olan İturupa səfəri ilə bağlı Tokionun sərt etirazını açıqlayıb.
"Bu gün Rusiya prezidenti Putinin İturup adasına səfəri ilə bağlı xəbər aldıq. ... Yaponiya bu səfərlə bağlı sərt etirazını bildirir", - Tokio Xarici İşlər Nazirliyinin saytında deyilir.
Bəyanatda Yaponiya dörd Kuril adasını özünün "Şimal əraziləri" adlandırıb.
Putin Sakit Okean Donanması təlimlərinin son mərhələsində iştirak etdikdən sonra İturupa gəlib. O, təlimləri "Varyag" raket kreyserindən müşahidə edib və sonra orada müşavirə keçirib.
Bir gün əvvəl Rusiya Prezidenti Sakit Okean Donanması təlimlərində çıxış edərkən bildirib ki, Rusiyanın Kuril adaları məsələsində Yaponiyanın keçmiş baş naziri Şinzo Abe və digər Yaponiya liderləri ilə konstruktiv münasibətləri olub, lakin Tokio indi "mövqeyini dəyişib".
SSRİ İkinci Dünya Müharibəsindən sonra Kuril adalarını ilhaq edib.
Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Rusiya hakimiyyəti Qərb sanksiyalarına qoşulan Yaponiya ilə sülh müqaviləsi danışıqlarını dayandırıb.
“AzPolitika.info”

Şərhlər