Menu

AMB-nin dövriyyədəki notlarının dəyəri ilk dəfə bu həddi keçdi

13.08.2026, 16:36
AMB-nin dövriyyədəki notlarının dəyəri ilk dəfə bu həddi keçdi

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2024-cü il iyulun 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.

"Azpolitika" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, notların ümumi dəyəri avqustun 12-si ilə müqayisədə 127,5 milyon manat artaraq 1 milyard 70 milyon manata çatıb.

Xatırladaq ki, AMB 2022-ci il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 5,93 %, 5,87 %, 5,88 % və 5,94 %-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol