Menu

DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

14.08.2026, 20:27
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

"AzPolitika" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.

Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol