Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası müxalif “Yabloko” Partiyasının qarşıdan gələn Dövlət Dumasına seçkilərdən kənarlaşdırılması haqqında qərardan verdiyi şikayəti təmin etməyib. Məhkəmənin 10 avqust tarixli ilkin qərarı qüvvədə saxlanılıb və hüquqi qüvvəsinə minib.
“Yabloko” rəhbərliyi qərardan Ali Məhkəmənin Rəyasət Heyətinə кассация şikayəti verəcəyini bəyan edib.
Apellyasiya prosesi zamanı “Yabloko” hüquqşünasları 10 müxtəlif vəsatət qaldırıblar. Vəsatətlər arasında "Пусть всегда будет солнце" mahnısının və "Пять вечеров" pyesinin müəlliflik hüquqları (iddiaçı partiyanı bu ifadələrdən istifadəyə görə müəllif hüquqlarını pozmaqda ittiham edirdi), "Levada-Center"in rəy sorğularının dərcinə icazə sənədi, "ChatGPT" ilə iş qaydaları, habelə iddiaçı kimi çıxış edən "Rodina" Partiyasının öz saytındakı bənzər pozuntularına dair sübutlar yer alıb. Lakin hakim bütün vəsatətləri cavabsız qoyaraq rədd edib.
Məhkəmə iclasında çıxış edən “Yabloko” sədri Nikolay Rıbakov hakimiyyəti və rəqiblərini kəskin tənqid edib:“Öz dar maraqları naminə, dürüst və açıq publik diskussiyadan qorxaraq rəqiblərimiz Rusiya hüquq sisteminin əsaslarını məhv edirlər. Bizimlə mübarizədə hüquqi müstəvini ləğv etməklə onlar Rusiya dövlətinin özünü sarsıdırlarlar”.
Məhkəmə zalına dinləyicilərin girişinə qadağa qoyulub, prosesdə yalnız tərəflər və jurnalistlər iştirak edə biliblər. Binanın qarşısına toplanan “Yabloko” tərəfdarlarına qarşı polis güc tətbiq edib və 70-dən çox şəxs saxlanılıb.
“Yabloko”nun seçkilərdən kənarlaşdırılması üçün məhkəmə iddiasını avqustun 7-də “Rodina” Partiyası qaldırıb. İddia tərəfi buna əsas kimi aşağıdakı bəhanələri göstərib:
-Seçki fondundan kənar sosial şəbəkələrdə təşviqat aparılması;
-Şəkillərin müəllif hüquqlarının pozulması (sabiq prezident Dmitri Medvedevin, bloger Viktoriya Bonyanın, Hirosimadakı atom partlayışının, "Müharibə və Sülh" filmindən kadrların və "ChatGPT" tərəfindən yaradılmış təsvirin icazəsiz istifadəsi);
Bir qədər əvvəl digər partiya liderləri də “Yabloko”nu Ukraynadakı müharibənin dayandırılmasını tələb etdiyi üçün "qeyri-vətənpərvərlikdə" günahlandıraraq seçkidən kənarlaşdırılmasını tələb etmişdilər. Onlar sülh çağırışlarını "neofaşist rejiminə dəstək" kimi qiymətləndirsələr də, “Yabloko” bu iddiaları açıq böhtan adlandırıb.
Qeyd edək ki, “Yabloko” Ukraynada dərhal atəşkəs sazişinin bağlanmasını və Rusiyada siyasi repressiyaların dayandırılmasını müdafiə edən yeganə leqal siyasi qüvvədir. Nikolay Rıbakov VÇİOM-un 2 iyul tarixli rəy sorğusuna istinadən bildirib ki, seçicilərin 18%-i (təxminən 20,5 milyon nəfər) öz səslərini "Yabloko"ya verməyə hazır idi. Məhz bu reytinq partiyanın seçkilərdən kənarlaşdırılmasının əsas səbəbi kimi qiymətləndirilir.
Rasim
“AzPolitika.info”

Şərhlər