Ən çox spirtli içki istehlak edən ölkələrin siyahısı məlum olub.

"AzPolitika" xəbər verir ki, siyahıya bu dəfə də Rumınıya başçılıq edir.

Bu ölkədə adambaşına illik saf spirt istehlakı 17,1 litr təşkil edib. Bu göstərici dünya üzrə orta səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir.

Siyahının ikinci pilləsində isə qonşu Gürcüstan qərarlaşıb. Ölkədə adambaşına illik saf spirt istehlakı 15,5 litr göstərilir.

Üçüncü yerdə Latviya qərarlaşıb. Baltikyanı ölkədə adambaşına illik saf spirt istehlakı 14,7 litrdir.

Moldova adambaşına 14,1 litr saf spirt istehlakı ilə dördüncü yerdədir. Dünyanın ən məşhur pivə ölkələrindən biri olan Çexiya siyahıda beşinci yerdədir. Ölkədə adambaşına saf spirt istehlakı 13,7 litr təşkil edib. Altıncı yerdə Litva qərarlaşıb. Ölkədə adambaşına saf spirt istehlakı 12,18 litr təşkil edir. Namibiya isə ilk onluqda Avropadan kənar yeganə ölkədir. Ölkə 11,99 litr göstərici ilə yeddinci yerdədir.

Səkkizinci yerdə isə Polşa gəlir. Ölkədə adambaşına saf spirt istehlakı 11,92 litr təşkil edir. Avstriya 11,85 litr göstərici ilə doqquzuncu yerdədir. İlk onluğu isə Bolqarıstan tamamlayır. Burada adambaşına illik saf spirt istehlakı 11,54 litr təşkil edir.

Qeyd edək ki, Azərbaycanın göstəricisi ilk onluqdakı ölkələrlə müqayisədə xeyli aşağıdır. Təqdim olunan beynəlxalq məlumatlara görə, Azərbaycan 132-ci yerdə qərarlaşıb. Ölkədə adambaşına illik saf spirt istehlakı 2,3 litr təşkil edir.

Qonşu Türkiyə isə reytinqdə Azərbaycandan bir pillə aşağıda – 133-cü yerdədir. Türkiyədə adambaşına illik saf spirt istehlakı 2,2 litr göstərilir.

Mərkəzi Asiya ölkələrində də göstəricilər fərqlidir.

Qırğızıstan 3,9 litr göstərici ilə 104-cü yerdədir.  Türkmənistan isə 3 litr göstərici ilə 123-cü yerdə qərarlaşıb. Digər qonşumuz İran isə siyahının aşağılarındadır.

Ölkədə adambaşına saf spirt istehlakı cəmi 0,1 litrdir.

"AzPolitika.info"