Menu

Ankarada terakt planı - general Dostumun oğlu öldürüləcəkmiş

08.01.2015, 00:58
Ankarada terakt planı - general Dostumun oğlu öldürüləcəkmiş

Türkiyə kəşfiyyatı Ankarada bir universitetə basqın təşkil olunacağı barədə məlumat əldə edib. Musavat.com-un məlumatına görə, terrorun Əfqanıstan prezidentinin birinci müavini və Əfqanıstandakı özbəklərin lideri general Rəşid Dostumun Ankarada təhsil alan oğluna qarşı torədiləcəyini öyrənən Türkiyə kəşfiyyatı təhlükəsizlik qüvvələrini səfərbər edib.

Rəşid Dostumun oğluna xüsusi mühafizəçilər verilib. Kəşfiyyatın əldə etdiyi məlumata görə, müxtəlif yollarla Özbəkistandan Türkiyəyə keçən 20 nəfərlik qrup Dostumun oğluna qarşı səs-səda yaradacaq terror planlaşdırıb.

Qeyd edilib ki, terror bir müddət əvvəl yüksək rütbəli özbək hərbçisinin öldürülməsinə cavab olaraq planlaşdırılıb. Bildirilib ki, Özbəkistandan gələn qrup zabitin öldürülməsində Rəşid Dostum və komandasını günahkar bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol