Menu

42 YAŞLI GENERAL ONUN OĞLU İMİŞ... - Həm də Baş İdarə Rəisidir + FOTO

25.08.2026, 20:49
42 YAŞLI GENERAL ONUN OĞLU İMİŞ... - Həm də Baş İdarə Rəisidir + FOTO

Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb.

"AzPolitika" Bakivaxti.az-a istinadla xəbər verir ki, Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiyi peşənin ailə ənənəsi ilə də bağlı olduğu bildirilir.

Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət edib.

General-mayor rütbəsi almamışdan əvvəl DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb. 2024-cü il avqustun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

Nəsib Mirzəyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.

Onun təltifləri arasında “Zəfər” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları var.

2026-cı ilin yanvarında Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub.

Şərhlər

Kamil 2026-08-26 23:37:43

Stalçayın Qərargah rəisi deyil bu?

ƏNHU 2026-08-25 23:38:20

Nə yağlı ənənədir.

pensiyaçı 2026-08-25 16:59:35

noolduuu

pensiyaçı 2026-08-25 13:02:13

vay dədəəə.... işə baxeeee... kimin ağlına gələrdiii.... bu , onun oğluymuşşşşş
konfetin içindən görün nə çıxdııı...
dollar görün neçəyə olduuu...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol