Menu

Mer ölən erməninin anasını “təbrik etdi” - Ukraynada məhv edildiyinə görə + VİDEO

27.08.2026, 15:00
Mer ölən erməninin anasını “təbrik etdi” - Ukraynada məhv edildiyinə görə + VİDEO

Rusiyanın Soçi şəhərinin meri Ukrayna tərəfindən məhv edilən erməninin anasını “təbrik edib”. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında görüntülər yayımlanıb.

Mer Andrey Proşunin ölən erməni əsgərin anasına medal təqdim edərkən, oğlunun ölümünə görə onu “təbrik edərək” deyib: "Ürəkdən təbrik edirəm. Oğlunuza görə sizə böyük təşəkkür!”.

Soçi sakini olan Hayk Roqanyanın atasını və anasını qəbul edən mer bu görüntüləri “Teleqram”da paylaşıb. Bu zaman onun dediyi “təbrik edirəm” ifadəsi sosial mediada müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya tərəfində əsas hissəsi ermənilərdən ibarət olan “Arbat” batolyonu döyüşür. Bu batalyon bir neçə dəfə Ukrayna qüvvələri tərəfindən ağır zərbələr alıb. Qeyri-rəsmi məlumatlara görə, müharibə başlayandan bu günə qədər Rusiya tərəfdən döyüşən 3600-dən çox erməni əsilli şəxs məhv edilib.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol