ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri dünya gündəminin əsas mövzularından biri olaraq qalır.
“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəisi və Prezident Administrasiyasının hazırkı rəhbəri Kirill Budanov bu səfərlə bağlı yerli mediaya şərh verib.
Budanov deyib ki, Qərb mediasında yazılanların əksinə olaraq, səfərin əsas mövzusu Ukrayna olmayıb. O, səfərin məqsədi ilə bağlı tələsik nəticə çıxarmamağa və rəsmi şərhləri gözləməyə çağırıb.
“Rəsmi şərhləri gözləyəcəyik. Bildiyim qədəri ilə, bir az fərqli yerdə planlaşdırılan bu səfərin yeri dəyişdirilib və indi baş tutub. Əsas mövzular, belə demək olar ki, iki ölkə(ABŞ və Rusiya-red.) arasındakı münasibətlərdir”, - Budanov deyib.
Onun sözlərinə görə, Ukraynadakı müharibənin dayandırılması müzakirə olunan mövzular arasında olsa da, görüşün əsas məsələsi bu deyildi.
Səfərin Vladimir Putinə NATO ölkələrinə qarşı mümkün hərəkətlərilə bağlı xəbərdarlıq etməklə əlaqəli ola biləcəyinə dair iddialara cavab olaraq Budanov "ictimai açıqlamalarda təmkinli olmağa" çağırıb.
“AzPolitika.info”

Şərhlər