“Çünki 723 milyon manat hazırkı ümumi kredit portfelinin təxminən 2 faizinə bərabərdir. Beynəlxalq təcrübədə problemli kreditlərin 5 faizi keçməsi artıq xüsusi diqqət tələb edən səviyyə hesab olunur”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin payının indikindən dəfələrlə yüksək olduğu dövrlər olub. Məsələn, 2018-ci ildə bu göstərici 12 faizdən yuxarı idi. Ona görə indiki 2 faiz ətrafındakı səviyyə özü-özlüyündə təhlükəli deyil.
Ekspert vurğulayıb ki, 37,85 faizlik artım sürəti ciddi siqnaldır:
“Bu gün 723 milyon manatlıq problem əsasən krediti qaytara bilməyən borcalanların problemidir. Bu arzuolunmaz dinamika bir müddət davam edərsə, bu bankların probleminə çevriləcək. Uzun müddət davam edərsə, onda bütövlükdə bank sektorunun probleminə çevriləcək. Ona görə də bu göstəriciyə təkcə bugünkü 723 milyon manat və ya 2 faiz səviyyəsindən baxmaq olmaz”.
E.Əmirov vurğulayıb ki, banklar artımın səbəblərini araşdırmalı, Mərkəzi Bank isə bu dinamikanı diqqətlə izləməlidir. Çünki proses vaxtında nəzarətə alınmasa, problem borcalanlardan banklara, bank sektorundan isə bütövlükdə maliyyə sisteminə keçə bilər.
Rasim
“AzPolitika.info”

Şərhlər