Menu

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

30.08.2026, 09:18
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.

"Report"un məlumatına görə, ölkənin Milli Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"734 meyit tapılıb", - idarənin hesabatında deyilir.

Daha əvvəl 675 nəfərin öldüyü xəbər verilib.

Bundan əlavə, xilasedicilər 227 xarici vətəndaş da daxil olmaqla, təxminən 8 200 nəfəri təxliyə edə biliblər.

Həmçinin, təxminən 580 xarici vətəndaş da daxil olmaqla, təxminən 2 500 nəfər itkin düşüb. Xilasetmə işlərində təhlükəsizlik xidmətinin 19 800-dən çox işçisi iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol