Menu

Batan bərədə Azərbaycan vətəndaşları da olub - Hər ikisi xilas edilib

30.08.2026, 20:02
Batan bərədə Azərbaycan vətəndaşları da olub - Hər ikisi xilas edilib

Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub.

Bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.

"Hər ikisi xilas edilib", - o bildirilib.

Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar: "Onların sağlamlıqları üçün təhlükə yoxdur".

Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol