ABŞ Prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanmış və İranın Hark adasına sarsıdıcı raket zərbələrinin endirilməsini əks etdirən video yayımlayıb.

Bu barədə paylaşım Ağ Ev rəhbərinin “Truth Social” sosial şəbəkə hesabında dərc olunub.

“Hark adası yerləyeksan edilib!!!”, -deyə paylaşımda bildirilib.

Hark adası İranın cənub-qərbində, Fars körfəzində yerləşən və ölkənin ən mühüm neft ixrac terminallarından birinin yer aldığı strateji adadır. İranın xam neft ixracının təxminən 90 faizi tarixən bu ada üzərindən həyata keçirilib və dərin suları iri neft tankerlərinin yüklənməsinə imkan verir. /Trend