Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının Hörmüz boğazı yaxınlığında vurulduğunu açıqlayıb.

SEPAH-ın məlumatına görə, PUA vurulduqdan sonra Fars körfəzinə düşüb. İran tərəfi, habelə, münaqişənin başlanmasından bu yana ABŞ-nin ən azı 45 ədəd MQ-9 dronu itirdiyini bildirib.

SEPAH, eyni zamanda, Hörmüz boğazının cənub hissəsində iri neft tankerinin iki dəniz minasına dəydiyini bildirib. Məlumata görə, toqquşmadan sonra tankerdə yanğın baş verib və gəmi hərəkətini dayandırmağa məcbur olub. 

"AzPolitika.info"