Menu

ABŞ-ın İrana hücumunda ölənlərin sayı artıb

31.08.2026, 22:26
ABŞ-ın İrana hücumunda ölənlərin sayı artıb

Ötən gecə ABŞ-ın İrana hücumu nəticəsində yaralananlardan biri də ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, “Tasnim” xəbər agentliyi ABŞ-ın ötən gecə İranın cənubundakı Lark adasına hücumu zamanı yaralanan şəxslərdən birinin bir neçə saat əvvəl öldüyünü bildirib.

Bununla da, ötən gecə ABŞ-ın Lark adasına hücumu nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Hücum nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol