Menu

DİN Bakıda əməliyyat keçirdi- Bir nəfər saxlanılıb

08.01.2015, 13:57
DİN Bakıda əməliyyat keçirdi- Bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat keçirib. ANS PRESS-in nzirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti, Salyan rayon polis şöbəsi və Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Elnur Qiyamovdan və Toqfiq Abbasovdan hədə-qorxu ilə pul və qızıl əşyalar almış qrupun digər üzvü - Bakı şəhər sakini Elvin Həsənzadə tutulub.

Polislər onu idarə etdiyi “Runna” markalı avtomobildə saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol