Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində mülki şəxslər arasında yaralananların olduğu bildirilir.
"AzPolitika" xəbər verir ki, bu barədə Belqorod vilayətinin Əməliyyat Qərargahı "Telegram" kanalı vasitəsilə məlumat yayıb.
Vilayət hakimiyyətinin açıqlamasına görə, raket zərbəsi zamanı regional mərkəzdə iki mülki şəxs xəsarət alıb. Çoxsaylı qəlpə yaraları alan hər iki kişi təcili tibbi yardım briqadaları tərəfindən Belqorod şəhər 2 nömrəli xəstəxanasına çatdırılıb.
Zərbənin konkret hansı obyektə və ya əraziyə endirildiyi barədə rəsmi açıqlamada təfərrüat verilməyib.
Xatırladaq ki, sentyabrın 1-də səhər saatlarında Ukraynaya məxsus onlarca PUA-nın Rusiyanın Leninqrad vilayətinə kütləvi hücum etdiyi, nəticədə Ust-Luqa dəniz portu zonasında güclü yanğın baş verdiyi bildirilmişdi. Cəbhə xəttindən uzqda yerləşən Rusiya regionlarının hədəf alınması müharibənin miqyasının daxili ərazilərə doğru genişləndiyini göstərir.
"AzPolitika.info"

Şərhlər