İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Belə ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.
Bu günədək 910 şəxsə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Bunlardan 5-i cari ilin avqust ayında, 79-u isə ilin yanvar-avqust ayları ərzində aşkarlanıb.
Aparılan DNT və məhkəmə-tibbi üsullarla müəyyən edilmiş 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib ki, bunun da 57-si cari ilin ilk 8 ayında reallaşıb.
Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.
Məlumatda həmçinin vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
Avqust 2026 | Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər#Azərbaycan #İtkinDüşmüşŞəxslər #Qarabağ #HəqiqətiBilməkHüququ pic.twitter.com/eTCOtvRm7o
— Dövlət Komissiyası (@State_Commision) September 1, 2026

Şərhlər