Əgər İrəvan zəruri hesab edərsə, Rusiya Ermənistandakı hərbi bazasını saxlamağa hazırdır.

"Report"un məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və xarici liderlərlə bir sıra görüşlərdən sonra Bişkekdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan Rusiya hərbi bazasına artıq ehtiyac olmadığına inanırsa, Rusiya "hətta sabah" belə çıxmağa hazırdır.