Menu

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb

02.09.2026, 09:44
Sumqayıtda maşın piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol