Dövlət Duması seçkilərindən sonra yeni səfərbərlik dalğası olacağı ilə bağlı xəbərlər "cəfəngiyatdır". “AzPolitika” xəbər verir ki, Vladimir Putin bunu jurnalistlərlə görüşündə deyib. O, həmçinin ölkənin Ukrayna hücumları nəticəsində zədələnmiş neft emalı zavodlarının 90%-ni bərpa etdiyini iddia edib. Putinin açıqlamaları Rusiya mediasında yayımlanıb.

Səfərbərlik xəbərləri barədə danışan Putin deyib: "Bu, tamamilə cəfəngiyatdır, Rusiyaya qarşı informasiya hücumudur".

Mətbuat konfransı zamanı o, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya aviasiya infrastrukturuna mümkün zərbələr barədə xəbərdarlığına da cavab verib: "Mən belə açıqlamalar eşitməmişəm, amma əgər onlar açıq deyilirsə, bu, sadəcə dövlət terrorizminin bəyan ediməsidir. Qeyd etmək istərdim ki, onlar bizdən danışıqları bərpa etməyimizi, şəxsi görüşlər keçirməyimizi istəyirlər - biz terrorçularla danışıqlar aparmırıq".

Qeyd edək ki, hələ müharibənin başladığı gündən Ukrayna Rusiyanın hava hücumları səbəbindən öz hava məkanını mülki aviasiya üçün bağlamaq məcburiyyətində qalıb. Buna baxmayaraq, bu gün Rusiya tərəfi Ukraynanı cavab zərbələrinə görə terrorizmdə günahlandırır…

Qeyd edək ki, dünən Zelenski aviaşirkətləri və sığorta şirkətlərini Rusiyaya uçuş riskləri barədə xəbərdar etmiş və Ukrayna Silahlı Qüvvələrinin dron hücumlarının artdığını bildirmişdi.

Ukrayna Silahlı Qüvvələrinin hücumlarından sonra neft emalı sənayesinin vəziyyəti barədə danışan Putin iddia ki, Rusiya bu zavodların gücünün 90%-ni bərpa edə bilib.

"Dünən gecə onlar yenidən üç neft emalı zavoduna zərbə endirməyə çalışdılar. Bu, işə yaramadı, çünki onlar artıq qorunurdu. Lakin bu o demək deyil ki, (hava məkanından)heç nə keçə bilməz. Lakin qorunma səviyyəsi tamamilə fərqlidir ", - deyə o bildirib.

“AzPolitika.info”