Menu

AZAL RUSİYA ŞƏHƏRLƏRİNƏ UÇUŞLARI DAYANDIRACAQ? - AÇIQLAMA

02.09.2026, 23:52
AZAL RUSİYA ŞƏHƏRLƏRİNƏ UÇUŞLARI DAYANDIRACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti axşam müraciətində Rusiyanın hava məkanının mülki aviasiya üçün "tamamilə təhlükəli" hala gəldiyini bəyan edib.

Ukrayna lideri beynəlxalq aviaşirkətləri və sığorta qurumlarını Rusiya hava limanlarına, xüsusilə Moskva, Sankt-Peterburq və digər əsas şəhərlərə reyslər zamanı yarana biləcək risklər barədə xəbərdar edib.

"Ukrayna mülki aviasiyanı – bircə mülki təyyarəni belə təhdid etmir. Sadəcə, Rusiyanın səmasında dronlar olacaq, ona görə də bununla hesablaşmaq lazımdır. Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır. Biz günahsız insanların həyatını itirməsini istəmirik... Dronlar arasında mülki aviasiyaya yer yoxdur", – deyə Zelenski vurğulayıb.

Xarici səfirləri və aviaşirkətləri bu xəbərdarlığı nəzərə almağa çağıran Prezident Ukrayna Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatlara risklərlə bağlı tam məlumat təqdim etməyi tapşırıb.

"Biz günahsız insanların həyatını itirməsini istəmirik... Dronlar arasında mülki aviasiyaya yer yoxdur", - deyə Zelenski yekunlaşdırıb.

Zelenskinin bu bəyanatından sonra Rusiyaya aid aviaşirkətlərin səhmləri dərhal ucuzlaşmağa başlayıb.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) da daxil olmaqla bir sıra xarici aviaşirkətlər Rusiyanın müxtəlif şəhərlərinə müntəzəm aviareyslər icra edir. Hazırda AZAL Bakıdan (Heydər Əliyev Beynəlxalq Aeroportu) Rusiyanın Moskva (Domodedovo və Vnukovo), Sankt-Peterburq (Pulkovo), Yekaterinburq (Koltsovo), Kazan, Novosibirsk (Tolmaçevo) kimi iri şəhərlərinə uçuşlar həyata keçirir.

Bəs AZAL Zelenskinin xəbərdarlığı ilə bağlı Rusiya şəhərlərinə uçuş qrafikinə dəyişikliklər etməyi planlaşdırırmı?

Qurumun Mətbuat xidmətindən “AzPolitika”nın sorğusuna cavab olaraq bildirildi ki, hazırda aviareyslərin uçuş qrafikində dəyişiklik yoxdur. Zelenskinin bəyanatından xəbərdardırlar, amma hələlik yeni bir qərar yoxdur. Olarsa, media və ictimaiyyətə məlumat veriləcək.

Rasim

“AzPolitika.info”

Şərhlər

Şəfəq selimova 2026-09-02 21:28:46

Allah qorusun birce bu muharibe bitsrydi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol