Azərbaycanda bir çox dövlət qurumlarının və şirkətlərinin büdcə qarşısında böyük borclara malik olduğu məlumdur. Bu sırada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də var.

“AzPolitika xəbər verir ki, 2 sentyabr 2026-cı il tarixinə Əmlak Məsələləri Dövlət Xidmətinin vergi borcu 9.515.546 manat təşkil edib. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi məlumat bazasında göstərilir.

Ümumiyyətlə, son illər qurumun vergi öhdəliyi artmaqda davam edir. 2024-cü ildə Xidmətin 7 milyon manata yaxın vergi borcu olub. Qurum həmin borcun 2011–2012-ci illərdə dövlət büdcəsindən ayrılmış əsaslı vəsait qoyuluşu hesabına tikilmiş obyektlərlə bağlı yarandığını bildirmişdi. Lakin sonrakı illərdə bu borc az qala yarıba yarı artaraq, artıq 10 milyon manata yaxınlaşıb.

Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestri, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili sahələrində dövlət siyasətini, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir.

“AzPolitika.info”