Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Çin və Rusiyanın liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa hazır olduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. Bişkekdə keçirilən ŞƏT sammitində iştirak edən Ərdoğan Ankara ilə təşkilat arasındakı inteqrasiya imkanlarını şərh edərkən bildirib: "Türkiyənin təşkilata (tam) üzv olmaq ehtimalı hər hansı bir ittifaqdan və ya Qərbdən ayrılmaq mənasına gəlmir".
Qeyd edək ki, Türkiyə hazırda ŞƏT-də "dialoq tərəfdaşı" statusuna sahibdir.
ŞƏT 2001-ci ildə Çin və Rusiya tərəfindən qurulmuş regional siyasi, iqtisadi və təhlükəsizlik təşkilatıdır. Təşkilatın üzv dövlətləri bunlardır:
Rusiya, Çin, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarus (2024-cü ilin iyulunda tam hüquqlu üzv olub).
Rasim
“AzPolitika.info”

Şərhlər