ABŞ İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmasına kömək edən və Tehranın gəlir əldə etməsi üçün mexanizmlər yaradan ölkələrə qarşı da sanksiyalar tətbiq edəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində deyib.

"Əgər ölkələr bunu etməyə qərar versələr, biz də onlara qarşı sanksiyalar tətbiq etməli olacağıq", – Rubio bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, məqsəd yalnız İrana təzyiq göstərmək deyil, həm də Tehranın terrorizmin maliyyələşdirilməsi və nüvə silahının hazırlanması üçün istifadə edə biləcəyi maliyyə vəsaitlərinə çıxışını məhdudlaşdırmaqdır.

"Onlar iki məqsəd üçün pul istəyirlər: terrorizmi maliyyələşdirmək və nəticədə nüvə silahı yaratmaq. Biz bunun baş verməsinə imkan verə bilmərik", – deyə M.Rubio vurğulayıb.