Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib.
Bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb.
"103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs... Allah rəhmət eləsin", - deyə o qeyd edib.
Qeyd edək ki, 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülən Züleyxa Hacıyeva Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.
O, 1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub, bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.) aparıcısı kimi yadda qalıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Şərhlər