Menu

Paşinyan Rusiya hərbi bazasından danışdı - "Qalmaq istəsələr..."

03.09.2026, 13:46
Paşinyan Rusiya hərbi bazasından danışdı - "Qalmaq istəsələr..."

İrəvan 102-ci Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

"102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etdiyimizi söyləmək olmaz. Əgər Rusiya hərbi bazasını (Gümrü - red.) Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik. Lakin qalmaq istəsələr, bunu da müzakirə etməyə hazırıq", - o deyib.

Paşinyan vurğulayıb ki, Ermənistan bütün bu müddət ərzində 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol