Qərb ölkələri Ermənistandan Rusiya ilə viza rejiminin tətbiqini tələb ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda iddia olunur ki, bu tələbin yerinə yetirilməsi Aİ-nin yaxın bir neçə ildə Ermənistanla viza qaydalarını liberallaşdırması üçün ilkin şərt ola bilər.
"Bundan əlavə, mənbələr iddia edirlər ki, bu, ilkin şərtdir və bundan sonra Aİ bir neçə il ərzində Ermənistan üçün viza qaydalarını liberallaşdıra bilər", - deyə nəşr bildirir.
Qəzetin məlumatına görə, Brüsselin tələbləri arasında Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın əsas vəzifələrdən birinə təyin edilməsi də ola bilər. İddia olunur ki, onun Müdafiə Nazirliyinə və ya Milli Təhlükəsizlik Xidmətinə göndərilməsi təklif edilir.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi planlarının olmadığını bildirmişdi. O, “rusiyalı qonaqların ölkədə özlərini rahat hiss etdiklərini” vurğulamışdı.
“AzPolitika.info”

Şərhlər