Rusiyada "Wildberries" və "Ozon" elektron ticarət platformalarının anbarlarına olunan hücumlar ölkənin kitab sənayesinə ağır zərbə vurub.
"Kommersant" qəzetinin verdiyi məlumata görə, baş verən hücumlar nəticəsində sektora dəyməyən zərər artıq 6 milyard rubla çatıb.
“AzPolitika” xəbər verir ki, hadisələr fonunda ən azı 15 milyon nüsxə kitabın məhv edildiyi bildirilir.
Rusiyanın aparıcı nəşriyyatlarından olan "Eksmo"nun baş direktoru Yevgeni Kapyev bildirib ki, dəymiş ziyanın hesablanması prosesi hələ də davam edir və məhv edilən kitabların sayı 20 milyona çata bilər.
"Vedomosti" qəzeti yazır ki, yaranmış kəskin itkilər fonunda Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi bazar iştirakçıları ilə birlikdə çap kitabları üçün ƏDV (Əlavə Dəyər Vergisi) dərəcəsinin müvəqqəti olaraq %10-dan %5-ə endirilməsini müzakirə edir.
Mütəxəssislərin bədbin ssenarisinə görə, dəstək tədbirləri görülməzsə və onlayn platformaların depolarına hücumlar davam edərsə, Rusiyada çap kitabı satışları son 6 ilin ən aşağı səviyyəsinə düşə bilər. Bu halda satış həcminin pul ekvivalentində 2025-ci illə müqayisədə %4,4 azalaraq 106 milyard rubla geriləyəcəyi proqnozlaşdırılır.
“AzPolitika.info”

Şərhlər