Zaxarova Paşinyanın 102-ci baza ilə bağlı açıqlamasına Bulqakovun sitatı ilə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı bəyanatına istehzalı münasibət bildirib.

"AzPolitika"nın məlumatına görə, Zaxarova öz Telegram kanalında Paşinyanın sözlərini paylaşaraq Mixail Bulqakovun “İt ürəyi” əsərindən “Siz kişisiniz, yoxsa qadın?” ifadəsini sitat gətirib.

Xatırladaq ki, Paşinyan bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını qeyd edib və əlavə edib ki, əgər Rusiya tərəfi bazanı çıxarmaq qərarına gələrsə, İrəvan buna etiraz etməyəcək.

Zaxarovanın bu cavabı Paşinyanın son açıqlamalarına Moskvanın rəsmi reaksiyası kimi qiymətləndirilir.