Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi Rusiyanın keçmiş Rabitə və Kommunikasiya naziri Nikolay Nikiforovu qiyabi olaraq mütəşəkkil cinayətkar dəstə yaratmaqda və irimiqyaslı fırıldaqçılıqda ittiham edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Nikiforov Daxili İşlər Nazirliyinin bir neçə ildir araşdırdığı "Finiko" maliyyə piramidası işində təqsirləndirilən şəxs elan olunub. Şirkət Tatarıstanda yaradılıb və investorları fəal şəkildə cəlb edərək, onlara illik 25%-ə qədər gəlir vəd edib.
Bir zaman şirkət dividend ödəməyi dayandırıb. Nəticədə təxminən səkkiz min nəfər aldadılıb və onların ümumi itkiləri təxminən beş milyard rubl təşkil edib. Müstəntiqlər Nikiforovun piramida sxeminin yaradıcılarından biri olduğunu düşünürlər.
"Finiko" tərəfindən toplanan vəsaitlər Kazandakı "Innopolis Architect"in iştirakı ilə xaricə köçürülüb. Onun baş direktoru və həmsahibi dizayner Azat Tuxvatullindir. "Kommersant" qəzetinin məlumatına görə, o, artıq həbs edilib. Şirkətin ikinci sahibi Nikolay Nikiforovdur.
Nəşr qeyd edir ki, 2018-ci ildə istefasından bəri Nikiforov "vətəninə yalnız hərdən baş çəkir və əsasən BƏƏ-də yaşayır".
Nikolay Nikiforov 2012-ci ildən 2018-ci ilə qədər Rusiya Rabitə və Kütləvi İnformasiya naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Tatarıstan Respublikasının İnformasiyalaşdırma və Rabitə naziri olub.
“AzPolitika.info”

Şərhlər