Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli prokuror Etibar Səmədovu xidmətinə görə mükafatlandırıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Volodimir Zelenski müvafiq sərəncamı ilə Donetsk vilayəti hərbi prokurorluğunun rəhbəri, Səmədov Etibar Xəqani oğlunu "Əmək və şücaətə görə" medalı ilə təltif edib.
Qeyd edək ki, əslən Azərbaycanın Tovuz rayonunundan olan E. Səmədov uzun müddətdir ki, Ukrayna prokurorluq orqanlarında çalışır. Son vaxtlar isə Donetsk vilayətinin hərbi prokurorluğuna rəhbərlik edir.

Şərhlər