Abşeron Rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə sabiq direktor müavini Elvin Məmmədzadə yeni vəzifəyə təyin olunub.
"AzPolitika" xəbər verir ki, müvafiq əmrlə o, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Məmmədzadə 2024-2026-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibati işlər üzrə direktor müavini vəzifəsində, 2020-2024-cü illərdə TƏBİB-də müxtəlif vəzifələrdə çalışıb. (İqtisadiyyat.az)


Şərhlər
Sehiyye nazirliy ve "Tebib" iki qurumun ikisi de eyn fğnksiyanı daşıyır buna sovet dövrü "paralelizm" deyilirdi.İqtisadçılar sehiyye sşsteminde yüksek vezifelere teyin olunur.Ay kişi bu müessiselerde buxqalteriya ve sair şöbeler var ki iqtisadi meselelere onkar cavabdehdir.İndi bu "genc kadrlar" yeqin ki "islahat aparurlar", aoarsınkar görek büdce ne vaxtadek dözecek.