Ənvər Əliyev: “Söhbət təxminən 360 milyard dollara qədər vəsaitdən gedir...”
İqlim dəyişiklikləri yalnız ekoloji deyil, həm də ciddi iqtisadi risk yaradır. Su ehtiyatlarının azalması, quraqlıq və temperatur dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa, ərzaq qiymətlərinə və regionların iqtisadi fəaliyyətinə təsir göstərə bilər. Gələcəkdə iqlim dəyişiklikləri Azərbaycanda hansı iqtisadi sahələr üçün daha böyük təhlükə yarada bilər? Ölkə bu risklərə indidən hazırlaşmaq üçün hansı iqtisadi tədbirləri görməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib ki, iqlim dəyişmələri ilə bağlı müzakirələr artıq əvvəlki kimi gündəmdə deyil və bu məsələnin ətrafında formalaşan bir sıra yanaşmalar öz aktuallığını itirib.
Onun sözlərinə görə, planetar miqyasda iqlimi dəyişdirən əsas amillərin heç birində ciddi dəyişiklik baş vermədiyi üçün iqlim dəyişmələri ilə bağlı proseslərin əvvəlki formada davam etdiyini söyləmək çətindir: “Bu mənada dünyanın bir çox ölkələri, başda Amerika olmaqla, nəhəng maliyyə vəsaiti topladılar. Məqsədləri başqa olsa da, bunu digər ölkələrə belə təqdim etdilər ki, biz sizə kömək edəcəyik. Guya həmin vəsaitlər iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına yönəldiləcəkdi. Lakin təəssüf ki, sonuncu dəfə Davosda keçirilən görüş zamanı məsələnin müəyyən tərəfləri üzə çıxdı. Məlum oldu ki, söhbət təxminən 360 milyard dollara qədər vəsaitdən gedir və bu pulların müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi məsələsi ortaya çıxıb. Lakin həmin vəsaitlərin son nəticədə necə xərcləndiyi və hansı istiqamətlərə yönəldildiyi ilə bağlı cəmiyyətdə aydın təsəvvür formalaşmadı. Yəqin ki, bunu özləri bilirlər”.
Ə.Əliyev qeyd edib ki, məhz bu səbəbdən iqlim dəyişmələri məsələsi ilə bağlı indidən konkret nəticələr çıxarmaq və prosesin gələcək istiqaməti barədə qəti fikir söyləmək düzgün deyil: “Hazırda təbiətdə gedən proseslərə daha geniş prizmadan yanaşmaq lazımdır. Kainatda və təbiətdə müəyyən dövri proseslər mövcuddur və bu proseslər uzunmüddətli dəyişikliklərin formalaşmasına təsir göstərir”.
O, Azərbaycan Prezidentinin BMT-dəki çıxışına da diqqət çəkərək bildirib ki, dövlət başçısı həmin çıxışında iqlim məsələsinə fərqli yanaşmanın vacibliyini vurğulayıb və kainatda dövri proseslərin mövcudluğuna diqqət çəkib? “İlham Əliyev BMT-də çıxış edərkən elan etdi ki, kainatda dövri proseslər qanunu var.
Mənə elə gəlir ki, iqlim dəyişmələri ətrafında gedən proseslərdə bəzi dövlətlərin siyasi və iqtisadi maraqları da özünü göstərirdi. Bu səbəbdən də iqlim dəyişmələri ilə bağlı əvvəllər verilən vədlərin və yaradılan gözləntilərin nə dərəcədə reallaşacağı hələ də sual olaraq qalır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər
Hörmətli Coğrafi-ekoloi, həyati-təbiətşünas, 1946cıildən Siyasət sərhədləri aşmayan qarşılıqlı təhlükısiz toxunulmaz (heç bir hırbsiz-Sülh) Beynəlxalq Münasibətlə Memorandumu bəyan edib, ancaq Sülhsevər, canlı-təbiətsevəri (ekoloji-daha çox xeyirxarı) toplayanları da bəzi, xüsusilə maddi-maliyyə maraqları əks-dağıdıcı tərəfə yönəldir? Neft uğrunda kəskin mübarizə aaran Ağ Ev İqlimlə, yəni elə ekolojiyə ciddi əhəmiyyət vermədiyini bəyan etməyibmi? Yaxud, Kreml əsas iddiasını NATOya bəyan etsə də, NATO Ukraynanı birbaşa müdafiə edirmi?
Yerin bağrını, dınizin dibini dəlib-biz neft çıxaran verən Abşeron yarım adasında iki texnoloji amil yüksək təhlükə həddindədir? İstismarda quyularından sımt, bitnjş quyulardan sızan dəm qazları və xüsusilə dəniz istismarı bitən dəniz quyularına ıvız sularının vurulması? Dəniz suyunun azalmasının müəyyən ihssəsi yataqların hasilatına düşmürmü? Ciddi Ekoloji vergi haqda mətbuatda izləmişəm, real bərpa haqda yox? Bir barrel neft elə birlit su qiymətinə, deməli hər barrelin əvəzinə 159 litr su vurmaq gərək. Müqvilə bağlayanlar dəqiq bilər?