Menu

“Cavab sərt və ağrılı olacaq...” - Diplomatik qalmaqal

08.09.2026, 16:49
“Cavab sərt və ağrılı olacaq...” - Diplomatik qalmaqal

Rusiya Macarıstana 10 rus diplomatının qovulmasına cavab olaraq "sərt və ağrılı" cavab verəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

XİN sözçüsü Mariya Zaxarova qeyd edib ki, "Budapeştdəki rusofob lobbiyə qarşı cavab sərt və ağrılı olacaq".

Qeyd edək ki, bu gün Macarıstanın Xarici İşlər naziri Anita Orban Macarıstandakı Rusiya diplomatik missiyasının 10 üzvünün Vyana Konvensiyasına əsasən "diplomatlar üçün qəbuledilməz fəaliyyətlər” həyata keçirdiyini və buna görə də ölkədən çıxarılacağını açıqlayıb.

Eyni zamanda, Orban bu qərarın Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək olmadığını vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol