"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə (ASCO) yeni kadr təyinatı olub.
"Azpolitika"nın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı QSC-nin İdarə Heyəti sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Veysov ASCO-nun Xəzər Dəniz Neft Donanmasının Təchizat xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, M.Veysov yeni təyinatadək "AzInTelecom"u Təchizatın idarəedilməsi departamentinin Aktivlərin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.


Şərhlər