Menu

"İranın əsas mallarının təminatında problem yoxdur" - Mədənizadə

08.09.2026, 22:34
"İranın əsas mallarının təminatında problem yoxdur" - Mədənizadə

İranın əsas mallarının təminatında problem yoxdur.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.

"İqtisadi müharibənin (ABŞ sanksiyaları və İran limanlarının blokadası-red.) yaratdığı məhdudiyyətlərə baxmayaraq, ölkənin əsas mallarının təminatı sahəsində heç bir problem yoxdur", - o vurğulayıb.

Mədinəzadənin sözlərinə görə, istehsal xammalının təmin edilməsi üçün alternativ marşrutlar araşdırılır və Rusiyadakı danışıqlarda ticarət dəhlizlərinin, eləcə də logistik infrastrukturun tamamlanması məsələsi də müzakirə edilib.

O, Rusiyaya səfər zamanı bu ölkənin rəsmiləri, iqtisadi fəalları və iş adamları ilə intensiv danışıqlar aparıb, həmçinin gömrük, vergi məsələləri və maliyyə əlaqələri nəzərdən keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol