Menu

Nəhəng şirkətlər Paşinyanın qatıldığı tədbiri boykot etdi – Avropa liderləri də gəlməyəcək

09.09.2026, 12:55
Nəhəng şirkətlər Paşinyanın qatıldığı tədbiri boykot etdi – Avropa liderləri də gəlməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ikigünlük işgüzar səfərlə Fransaya gedib. O, Parisdə 9-10 sentyabr tarixlərində keçirilən və 120-yə yaxın ölkədən dövlət və hökumət başçılarının, eləcə də nümayəndə heyətlərinin iştirak etdiyi Beynəlxalq Kosmos Sammitinə qatılacaq.

Paşinyanın paylaşdığı videodan görünür ki, o, Parisə adi sərnişin təyyarəsi ilə yollanıb. Ermənistan Baş naziri bildirib ki, səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə də görüşəcək.

Parisdə ilk dəfə təşkil olunan Beynəlxalq Kosmos Sammiti Fransa Prezidentinin təşəbbüsü ilə baş tutur. Tədbirdə kosmik təhlükəsizlik, iqtisadiyyat, sahəvi tənzimləmələr və yeni texnologiyalar müzakirə olunur.

"Reuters"in məlumatına görə, İlon Maskın "SpaceX" və Ceff Bezosun "Blue Origin" şirkətləri də daxil olmaqla, ABŞ-nin aparıcı texnologiya nəhəngləri sammiti boykot edib. Bununla yanaşı, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corciya Meloni də daxil olmaqla bir çox avropalı lider də tədbirdə iştirakdan imtina edib.

Fransa kosmik sahədə Avropanın muxtariyyətini artırmağı müdafiə etdiyi halda, Almaniya Amerikanın "SpaceX" şirkətinə məhdudiyyətlər qoyulmasına daha təmkinli yanaşır. Eyni zamanda, Paris və Berlin İlon Maskın "Starlink" layihəsinin təsirini neytrallaşdırmaq məsələsində də fərqli mövqe nümayiş etdirirlər.

“AzPoltika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol