Yaxın Şərq və Afrikanın ən böyük aviaşirkətlərindən biri olan “Air Arabia” payız ayına planlaşdırılan Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında turizm şirkətlərinə istinadla məlumat yayılıb.
Aviaşirkət hələ müştərilərə rəsmi məktub göndərməyib, lakin oktyabr ayı üçün sifariş edilən uçuşlar artıq ləğv edib.
Aviaşirkət özü də uçuşların ləğvini təsdiqləyib və sərnişinlərə biletləri üçün geri ödəmə alacaqlarına zəmanət verib.
2003-cü ildə qurulan, Yaxın Şərq və Şimali Afrikanın ən böyük aşağı büdcəli aviaşirkəti olan və dünyada 170-dən çox istiqamətə uçuşlar həyata keçirən “Air Arabia”-nın bu qərarı Ukrayna Prezidenti Volodimir Zelenskinin bir həftə əvvəl Rusiya üzərindən uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlığından sonra verdiyi bildirilir.
Xatırladaq ki, Ukrayna başçısı aviaşirkətləri və sığorta şirkətlərini PUA hücumlarının artacağı səbəbilə Rusiya hava limanlarına, əsasən Moskva, Sankt-Peterburq və digər böyük şəhərlərə uçuşların riskləri barədə xəbərdar edib.
“AzPolitika.info”


Şərhlər