Menu

Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib

09.09.2026, 19:55
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulacaq.

Fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edəcəklər.

Eyni zamanda müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına bu Qaydaların 12 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol