Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb.
"Report" xəbər verir ki, bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
"Bu il Amerikanın 250-ci ildönümünü qeyd etdiyimiz və Türkiyə ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin bir əsrinə doğru irəlilədiyimiz bir vaxtda: bu ittifaq heç vaxt indiki qədər güclü olmayıb.
Türkiyə və ABŞ-ni dərin bağlar birləşdirir - NATO müttəfiqləri, iqtisadi tərəfdaşlar və onilliklər boyu davam edən ortaq tarix ərzində birlikdə olmuş dostlar kimi", - Barrak qeyd edib.
O, Ərdoğanla keçirdiyi görüşdə regional təhlükəsizliyə, iqtisadi əməkdaşlığa və iki ölkə arasındakı davamlı tərəfdaşlığa olan ortaq sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb.


Şərhlər