Menu

Lənkəranda hotellərin qiymətləndirilməsi aparılır

09.09.2026, 19:31
Lənkəranda hotellərin qiymətləndirilməsi aparılır

Lənkəranda hotel işinin müasir tələblərə uyğunlaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə obyektlərin ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov məlumat verib.

O deyib ki, Dövlət Turizm Agentliyinin tabeliyində Azərbaycan Turizm Bürosu PHŞ-nin nəzdindəki Yerləşmə Vasitələrinin Sertifikatlaşdırılması Orqanı tərəfindən ümumilikdə 28 turizm obyektindən 12-si artıq müvafiq kateqoriya üzrə qiymətləndirilib. Onlardan 6-sı ulduz kateqoriyası alıb. Daha 6 obyektin isə ilin sonunadək ulduz kateqoriyası əldə etməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol